Bakı. Trend:
Üç taykonavtın olduğu "Şençjou-19" kosmik gəmisi Çin orbitalstansiyasından ayrılaraq Yerə dönüş prosesinə başlayıb.
Trend xəbər verirki, bu barədə Çin İnsanlı Kosmos İdarəsi (CMSA) rəsmi açıqlamayayıb.
Ekipaj üzvləri – Çay Syuçze, Sun Lindun və Van Xaoçzenin bu günYerə qayıdacağı gözlənilir. Onların şimal Çində yerləşən DaxiliMonqolustan Muxtar Bölgəsindəki "Dunfen" eniş sahəsinə enməsiplanlaşdırılır.
Qeyd edək ki, gəmilərin əvvəlki enişi çərşənbə axşamına təyinolunmuşdu. Lakin güclü küləklər səbəbilə təhlükəsizlik məqsədiləgeri dönüş təxirə salınmışdı. Hazırda bölgədə hava şəraiti normayauyğun qiymətləndirilir və eniş üçün əlverişli hesab olunur.
Xatırladaq ki, aprelin 24-də Çin “Şençjou-20” adlı növbətipilotlu kosmik gəmini orbitə çıxarıb. Yeni taykonavt heyəti – ÇenDun, Çen Çjunjuy və Van Çze orbital stansiyada növbəti altı aylıqmissiyaya başlayaraq əvvəlki ekipajı əvəz edib.
Çin tərəfindən inşa edilən və təxminən 400 km yüksəklikdəyerləşən orbital stansiyanın fəaliyyətinin ən azı 10 il davamedəcəyi planlaşdırılır.