RU

"Qalatasaray" "Real Madrid"in qapıçısı ilə maraqlanır

14 ildir klubunda çıxış etdiyi "Qalatasaray"la müqaviləsi gələn ilin iyununda bitəcək Musleranın ölkəsi Uruqvaya dönəcəyi gözlənilir.

Bu mövsüm sarı-qırmızılı forma ilə 39 rəsmi oyuna çıxan təcrübəli futbolçu 52 qol buraxıb və 10 matçı qol buraxmadan başa vurub.

"Qalatasaray" mövsüm boyu Andriy Lunində israr etsə də, indiyədək heç bir transfer əməliyyatı baş tutmayıb.

26 yaşlı ukraynalı qolkiperi "Qalatasaray"dan başqa "Mançester Yunayted"in də istədiyi bildirilir.

Real Madridin prezidenti Florentino Peres Lunin üçün təxminən 30 milyon avroluq təklifləri nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Digər tərəfdən, bu mövsüm Real Madriddə oyuna vaxt tapmaqda çətinlik çəkən ukraynalı qolkiper 12 matçda meydana çıxıb.

Bu yarışlarda 19 qol buraxan Lunin 4 matçda qapısını təmiz saxlamağı bacarıb.

Səma

Избранный
4
13
news24.az

10Источники