RU

ABŞ iki ölkəni yeni sanksiyalarla VURDU

ABŞ Maliyyə Nazirliyi İran ballistik raketləri üçün yanacaq komponentlərinin tədarükünə kömək etdiklərinə görə Çin və İranda bir neçə fiziki və hüquqi şəxsi sanksiya siyahısına daxil edib.

Publika.az xəbər verir ki, bu barədə qurumun mətbuat açıqlamasında deyilir.

“Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran və Çində altı qurum və altı şəxsə qarşı İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) maraqları naminə ballistik raket yanacağı komponentlərinin əldə edilməsi şəbəkəsindəki rollarına görə sanksiyalar tətbiq edib”, – Maliyyə Nazirliyi açıqlayıb.

Sanksiyalar xüsusilə İranda yerləşən “Saman Tejarat Barman Trading Company” (STB) şirkətinə qarşı tətbiq edilib ki, bu şirkət “Sepah”ın maraqları üçün Çində yerləşən və qara siyahıya daxil edilən “Shenzhen Amor Logistics Co Ltd” şirkətindən natrium perxlorat alıb. Məhdudiyyətlər STB ilə əlaqəli altı şəxsə qarşı tətbiq edilib.

Sanksiyalar həmçinin STB-ni başqa bir maddə – dioktilebatsinat ilə təmin edən “Dongying Weiaien Chemical Co Ltd” şirkətinə də tətbiq edilib.

Избранный
0
17
publika.az

10Источники