UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi bu gün start götürüb.
Fanat.Az xəbər verir ki, yarımfinalın ilk qarşılaşması Londonda baş tutub.
İngiltərə nəhəngi "Arsenal" Fransa çempionu PSJ-ni qəbul edəcək.
"Emirates" stadionunda reallaşan qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23.00-da səsləndirilib. Parislilər Londonda minimal hesablı qələbə qazanaraq gecəyə damğa vurublar.
Yarımfinalın digər matçı sabah “Barselona” və “İnter” arasında keçiriləcək.
Çempionlar Liqası
Yarımfinal, ilk oyunlar
29 aprel
Arsenal (İngiltərə) – PSJ (Fransa) 0:1
Qol: Dembele, 4.