Gürcüstanda bələdçilərin məcburi qeydiyyatı yenidən təxirə salınıb
2023-cü ildə qəbul edilmiş qanuna əsasən, bütün bələdçilərdən İqtisadi Fəaliyyət Reyestrində qeydiyyatdan keçmələri tələb olunurdu. Gürcüstanda bələdçilərin, o cümlədən xaricilərin məcburi qeydiyyatı 2026-cı il iyunun 1-dək təxirə salınıb. Bununla bağlı qanuna müvafiq dəyişiklik edilib və artıq parlamentdə baxılmaq üçün qeydiyyata alınıb. 2023-cü ildə qəbul edilmiş qanuna əsasən, bütün bələdçilərin İqtisadi Fəaliyyət Reyestrində qeydiyyatdan keçməsi tələb olunurdu və onların qeydiyyatsız işləməsi 2025-ci il yanvarın 1-dən 500 lari məbləğində cərimə ilə cəzalandırılmalı idi.Lakin ötən ilin dekabrında onun tətbiqi altı ay, yəni iyunun 1-dək təxirə salınmışdı.