RU

ABŞ-ni Çində o təmsil edəcək

BAKI, 29 aprel. TELEQRAF

ABŞ Senatı ölkənin Çindəki yeni səfirinin namizədliyini təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu şəxs Devid Perdyudur.

Onun namizədliyini 67 senator dəstəkləyib, 29-u isə əleyhinə səs verib.

Perdyu 2015-2021-ci illərdə Corciya ştatının senatoru olub. Bundan əvvəl o, “Reebok” və “Dollar General” kimi iri şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.

Sahibkar eyni zamanda bir neçə il Sinqapurda “Gitano Group”-un idarəçi direktoru vəzifəsində və Honq Konqda “Sara Lee”-nin korporativ filialında işləyib.

Избранный
0
11
teleqraf.com

5Источники