RU

Samuxdan Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş bilik yarışı keçirilib

Samux rayonunda“Konstitusiya və Suverenlik İli” çərçivəsində    YAP Samux rayon təşkilatının və  Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Samux rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş  Samux rayon məktəbliləri arasında bilik yarışı keçirilib.

Tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Samux rayonu üzrə Təhsil sektorunun müdiri Nurlana Həsənova, müəllimlər və məktəblilər iştirak edib.

Tədbirdə  YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək Ümummili Lider Heydər Əliyevin həyatı və ölkəmizin müstəqilliyi, sosial-iqtisadi inkişafı üçün gördüyü ölçüyəgəlməz işlərdən danışıb. Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində ölkəmizin tarixi uğurlara imza atdığını qeyd edib. Bilik yarışının əhəmiyyətini xüsusi qeyd edən Gündüz Bayramov bunun həm də məktəblilər arasında elmə, savada yiyələnmək yolunda maarifləndirici bir tədbir olduğunu bildirib.

Daha sonra çıxış edən Gəncə Daşkəsən Regional Təhsil  idarəsi Samux rayonu üzrə Təhsil Sektorunun müdiri  Nurlana Həsənova Ulu Öndər Heydər Əliyevin xalqımız üçün etdiyi misilsiz xidmətlərindən söhbət açıb. Yarışın keçirilməsində əsas məqsədin ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin məktəblilər arasında təbliği, onların elmə, maarifləndirici yarışlara marağının artırılması, intellektual və yaradıcı inkişafa təkan verilməsi və effektiv kommunikasiyanın qurulması olduğunu qeyd edib.

Daha sonra natiqlər yarış iştirakçılarına uğurlar arzulayıblar.

Qeyd edək ki, bilik yarışında qalib gələn şagirdlərə Fəxri Fərman və qiymətli hədiyyələrin Ulu Öndər Heydər Əliyevin  anadan olmasının 102-ci ildönümünə həsr edilmiş ümumrayon tədbirində təqdim edilməsi nəzərdə tutulub.

Избранный
0
50
yeniazerbaycan.com

10Источники