RU

ABŞ vətəndaşlarının əksəriyyəti Trampın ilk 100 gününü uğursuz hesab edir

Bakı. Trend:

ABŞ vətəndaşlarının təxminən 45 faizi Donald Trampın prezidentkimi ilk 100 gününün qeyri-qənaətbəxş olduğunu bildirib.

Trend xəbər verirki, bu barədə PBS News və NPR ilə birgə aparılan Marist Pollsorğusunun nəticələrində qeyd olunub.

Sorğuya əsasən, Trampın prezidentlik fəaliyyətinə ən sərtqiyməti Demokratlar Partiyasının tərəfdarları verib – onların 80faizi bu dövrü mənfi qiymətləndirib. Müstəqil seçicilər arasında daoxşar tendensiya müşahidə olunur – onların 49 faizi Trampınfəaliyyətini mənfi dəyərləndirib.

Respondentlərin 23 faizi Trampın ilk 100 gününü “əla”, 17 faizi“yaxşı”, 8 faizi isə “qənaətbəxş” hesab edib. Yalnız 7 faiz budövrü “zəif” adlandırıb. Respublikaçılar arasında isə 54 faiz onunfəaliyyətinə ən yüksək, cəmi 5 faiz isə mənfi qiymət verib.

İştirakçıların 42 faizi Trampın ümumi fəaliyyətindən razıolduğunu bildirib, 53 faizi isə narazıdır. Müqayisə üçün, martayında bu rəqəmlər müvafiq olaraq 45 və 49 faiz təşkil edib.

İqtisadi siyasətə gəlincə, Trampın bu sahədəki qərarları 39 faiztərəfindən dəstəklənib, 55 faiz isə tənqid edib. Tarif siyasətiüzrə 34 faiz müsbət, 55 faiz isə mənfi fikir bildirib.

Trampın xarici siyasəti də respondentlərin əksəriyyətitərəfindən tənqid olunub – 53 faiz tərəfindən mənfiqiymətləndirilib, 39 faiz isə dəstəkləyib. İmmiqrasiya tədbirlərinəgəlincə, 44 faiz müsbət münasibət göstərsə də, 52 faiz bununəleyhinə çıxıb.

Избранный
0
11
az.trend.az

5Источники