ABŞ Senatı ölkənin Çindəki yeni səfirinin namizədliyini təsdiqləyib.
Bu şəxs Devid Perdyudur.
Onun namizədliyini 67 senator dəstəkləyib, 29-u isə əleyhinə səs verib.
Perdyu 2015-2021-ci illərdə Corciya ştatının senatoru olub. Bundan əvvəl o, “Reebok” və “Dollar General” kimi iri şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.
Sahibkar eyni zamanda bir neçə il Sinqapurda “Gitano Group”-un idarəçi direktoru vəzifəsində və Honq Konqda “Sara Lee”-nin korporativ filialında işləyib./teleqraf
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта