RU

Azərbaycan Liqasında ilk finalçı BƏLLİ OLDU

Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib.

Bizim.Media xəbər verir ki, "Sabah" həlledici raundda iştirak hüququ qazanıb.

Paytaxt təmsilçisi yarımfinal mərhələsinin ikinci oyununda səfərdə "Şəki"ni 96:72 hesabı ilə üstələyib. Bakı klubu ilk görüşdə də qalib gəlmişdi - 86:73.

İkinci yarımfinal qarşılaşmasında "Neftçi" və "Abşeron" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Oyun saat 19:00-da başlayacaq. İlk matç "ağ-qaralar"ın 97:93 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
0
6
bizim.media

8Источники