RU

“Brüsselin münasibətləri yaxşılaşdırmaq üçün həlledici addımlarını görmürük” - Şalva Papuaşvili

Yazını böyüt
Yazını kiçilt

“Brüssel münasibətlərin yaxşılaşdırılması üçün nə etməli olduğunu çox yaxşı bilir. Avropa İttifaqının büdcəsindən Gürcüstanda zorakılığın, təbliğatın, nifrət dilinin maliyyələşdirilməsi, seçkilərə müdaxilə baş verməməlidir. Müvafiq addımların atılmasını gözləyirik”.

Hafta.az-ın yazdığına görə, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

“Xoşuma gəlmir ki, kimsə hökumətin xalqı nəzərə almadığı desin. Gürcü xalqının böyük arzusu Avropa yolunda irəliləməkdir. Biz bunun üzərində işləməyə davam edəcəyik. Qəbul edə bilmərəm ki, biz Gürcüstanı itirmişik, hətta hökumət ardıcıl olaraq Avropa dəyərlərinə açıq-aşkar zidd olan qanunlar qəbul etsə belə” deyən Papuaşvili bildirib ki, onlar Avropaya inteqrasiya prosesində gürcü xalqı olaarq müstəqilliyin ilk günündən iştirak edirlər. “Avropa İttifaqı ilə münasibətlərə gəldikdə isə, dəfələrlə demişik və Brüsseldə də çox yaxşı bilirlər ki, gürcü xalqının İttifaqa qarşı hansı münasibətləri və iradları var. Ona görə də Brüssel Avropa İttifaqının büdcəsindən Gürcüstanda zorakılığın, təbliğatın, nifrət dilinin maliyyələşdirilməsinə, seçkilərə müdaxiləyə son qoymalıdır. Məhz bununla bağlı gürcü xalqının iradları var. Biz müvafiq addımların atılmasını gözləyirik”, – deyə Papuaşvili bildirib.

Papuaşvili qeyd edib ki, Brüssel problemlərdən qaçır və göz yummur.

“ABŞ-ın yeni administrasiyası xarici yardımdan sui-istifadə praktikasını ifşa etdikdən sonra, gözləntimiz bu idi ki, Avropa İttifaqı da tənqidi yanaşacaq və vəsaitlərin digər ölkələrdə, o cümlədən Gürcüstanda, müxtəlif zərərli proseslərin maliyyələşdirilməsinə necə sərf olunmasına diqqət yetirəcək. Biz təsadüfən öyrənirdik ki, məsələn, ‘Molotov kokteyli’ kampaniyası Avropa İttifaqı tərəfindən maliyyələşdirilib. Bunu da öyrənirdik ki, radikal partiyalar Avropa İttifaqının büdcəsindən maliyyələşdirilir, halbuki bu, qanunla qadağandır. Təbliğat mediası Avropa İttifaqı büdcəsindən maliyyələşdirilir. Həmçinin, Avropa İttifaqı büdcəsindən maaş alan bəzi QHT fəalları nifrət yayır, insanları qarşıdurmaya çağırırdılar. Brüsselin bu məsələlərə tənqidi yanaşması lazımdır, bunu gürcü xalqı Brüsseldən gözləyir. Görürük ki, Brüssel problemlərdən qaçır və onlara göz yummur, necə ki, ABŞ-ın yeni administrasiyası etdi. Brüssel nə qədər gizlətməyə çalışsa da, xəstəlik gizlənməyəcək və mövcud olmuş zərərli praktika nəticə etibarilə üzə çıxacaq. Bu da Avropa İttifaqının nüfuzuna zərər verəcək,” – deyə Papuaşvili əlavə edib.

Избранный
2
hafta.az

1Источники