RU

Sumqayıtda ərini bıçaqlayan qadın SAXLANILDI

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində ərini bıçaqlamaqda şübhəli bilinən qadın polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Sfera.az xatırladır ki, 1988-ci il təvəllüdlü Vüsal Kərimbala oğlu İmanov bu gün həyat yoldaşı 1987-ci il təvəllüdlü Rəmziyyə Becan qızı İmanova tərəfindən bıçaqlanıb və dərhal o, xəstəxanaya çatdırılıb.

 

Zəruri tibbi yardımlardan sonra kişi ambulator müalicə üçün evə buraxılıb.
 

 

Ona döş qəfəsinin orta səthinin boşluğa keçməyən kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib.

Избранный
0
2
sfera.az

10Источники