Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində ərini bıçaqlamaqda şübhəli bilinən qadın polis əməkdaşları tərəfindən saxlanılıb.
Sfera.az xatırladır ki, 1988-ci il təvəllüdlü Vüsal Kərimbala oğlu İmanov bu gün həyat yoldaşı 1987-ci il təvəllüdlü Rəmziyyə Becan qızı İmanova tərəfindən bıçaqlanıb və dərhal o, xəstəxanaya çatdırılıb.
Zəruri tibbi yardımlardan sonra kişi ambulator müalicə üçün evə buraxılıb.
Ona döş qəfəsinin orta səthinin boşluğa keçməyən kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib.