RU

Azərbaycan-Türkiyə qarşılıqlı informasiya mübadiləsinin artırılmasına dair fikir mübadiləsi aparıb (FOTO)

Bakı. Trend:

Mətbuat Şurasında (MŞ) Türkiyənin Azərbaycandakı fövqəladə vəsəlahiyyətli səfiri Birol Akgünlə görüş keçirilib.

Bu barədə Trend-ə Mətbuat Şurasından məlumat verilib.

Bildirilib ki, səfirin Şuranın İdarə Heyətinin üzvləri ilətanışlığı məqsədi daşıyan və Türkiyə Səfirliyinin media müşaviriAlptekin Cihangir İşbilirin də qatıldığı görüşdə MŞ sədri RəşadMəcid qardaş ölkənin ali səviyyəli diplomatik nümayəndəsinirəhbərlik etdiyi qurumla, onun beynəlxalq ələqələri ilə bağlıməlumatlandırıb.

R.Məcid bildirib ki, Azərbaycan və Türkiyə bütün beynəlxalqplatformalarda ortaq mövqedən çıxış edir və mövcud tendensiyanınhər iki ölkənin media orqanlarının iş prinsiplərinə də təsirinigöstərməsi sevindiricidir, mövcud amil gələcəyə daha nikbin baxmağaəsas yaradır. MŞ sədri bu baxımdan diqqətçəkən cəhətlərdən sözaçaraq vurğulayıb ki, müştərək maraq və mənafelərin jurnalistikamüstəvisində də qorunması strateji əhəmiyyət daşıyan məsələdir.

Səfir B.Akgün çıxışında Türkiyənin media təcrübəsinə dairməlumatını bölüşüb. O, eyni zamanda, rəhbərlik etdiyi diplomatikmissiyanın Azərbaycan jurnalistləri ilə əlaqələrindən söz açıb,media amilinin dövlət siyasətlərinin məzmununda oynadığı roluqabardıb. B.Akgün, həmçinin, ümumən Səfirliyin ölkəmizin ictimaisektoru ilə təmaslara böyük önəm verməsinin müxtəlif tərəflərinədair baxışlarını açıqlayıb.

Görüşdə Mətbuat Şurasının İdarə Heyətinin üzvlərindən –Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, APAHoldinqin rəhbəri Vüsalə Mahirqızı, Milli Məclisin deputatı, “İkisahil qəzeti”nin baş redaktoru Vüqar Rəhimzadə, Bayraqdar Media-nınrəhbəri Azər Həsrət, politoloq Yeganə Hacıyeva, JurnalistlərinHəmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli, DemokratikJurnalistlər Liqasının sədri Yadigar Məmmədli, “Şərq” qəzetinin başredaktoru Akif Aşırlı və başqaları Türkiyənin və Azərbaycanınmediası orqanlarının müştərək fəaliyyətlərinin gücləndirilməsinəyönələn təşəbbüslərini səsləndiriblər. Toplantıda qarşılıqlıinformasiya mübadiləsinin artırılması məsələləri ətrafında fikirmübadiləsi aparılıb.

Azərbaycan-Türkiyə
Azərbaycan-Türkiyə
Azərbaycan-Türkiyə
Избранный
3
13
az.trend.az

10Источники