"Real"ın qapıçısı Andrey Lunin karyerasını Türkiyədə davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, "Qalatasaray" ukraynalı çərçivə qoruyucusu barədə "kral klubu"ndan məlumat alıb. "Sarı-qırmızılar" onunla maraqlanan klublardan biridir.
Bu barədə Madrid təmsilçisinə yaxın olan jurnalist Xose Feliks Dias məlumat yayıb.
Lunin cari mövsüm 12 oyunda "Real"ın qapısını qoruyub. Onun İspaniya nəhəngi ilə 2030-cu ilə qədər müqaviləsi var.
Transfermarkt portalına görə onun bazar dəyəri 20 milyon avrodur.