Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Möylə Mirzəliyev “Dədə Qorqud” qəbiristanlığında dəfn edilib.
KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, Möylə Mirzəliyev aprelin 28-də vəfat edib.
Xatırladaq ki, Möylə Mirzəliyev bir müddət əvvəl Yeni Klinikanın Reanimasiya şöbəsinə yerləşdirilmişdi.
O, boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunmuşdu.