RU

Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb, açarlar təqdim olunub - FOTO - YENİLƏNİB-1 - VİDEO

Bu gün Xocalı rayonunun Ballıca kəndinə köçən 68 nəfərdən ibarət 15 ailəyə mənzillərin açarları təqdim olunub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, keçmiş məcburi köçkünlər qarşısında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli bildirib ki, bərpa edilən evlərdə məskunlaşan ailələrin məşğulluq məsələləri də diqqətdə saxlanır. Dövlət orqanları və özəl sektor tərəfindən işlə təminat həyata keçirilir. Kənd elektrik enerjisi, qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin edilib.

Qeyd edək ki, Ballıca kəndində 172 ailənin, yəni 811 nəfərin daimi məskunlaşması təmin olunub. Kəndə keçmiş məcburi köçkün ailələrinin köçürülməsi prosesi bundan sonra da davam edəcək.

***

14.02

Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə kəndə 15 ailə - 68 nəfər köçürülüb.

***

11.42

Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Ballıcaya köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 15 ailə - 68 nəfər köçürülür.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti
Избранный
1
50
apa.az

10Источники