Hazırda “Ximki”də çıxış edən “Neftçi”nin sabiq futbolçusu Rezuan Mirzovun əsəbləri korlanıb.
Msport.az xəbər verir ki, bu barədə rusiyalı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, komanda üzvləri hələ də onlara vəd olunan tarixdə gecikən maaşlarını almayıb: “Klub prezidentinin dilindən eşitmişəm ki, şəxsi problemləri var, onu başa düşmək istəyirəm. Amma komandanı da anlaya bilirəm. Burada heç kimi günahlandırmayacağam. Biz də eyni şeyi edirik, problemi həll etmək lazımdır”.
Qeyd edək ki, məşqləri boykot edən əsas komandanın Rusiya Premyer Liqasının növbəti turunda “Zenit”lə oyuna çıxmayacağı gözlənilir. Onları əvəzedici heyətin üzvləri əvəzləyə bilər. “Ximki”nin futbolçularına sonuncu dəfə dekabr ayının maaşı verilib.
Mirzov “Neftçi”də ötən mövsüm çıxış edib.