RU

Fabreqas "Roma"nı çalışdıra bilər

"Roma" yayda Ranyeri ilə yollarını ayıracaq.

"Komo"nun baş məşqçisi Sesk Fabreqas "Roma"nın baş məşqçisi vəzifəsinə keçə bilər.

Operativ Media xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.

Mənbənin məlumatına görə, Roma rəhbərliyi 37 yaşlı ispaniyalını mövsümün sonuna kimi komanda ilə işləyən Klaudio Ranyerinin mümkün əvəzediciləri siyahısına daxil edib.

Həmçinin “Roma”nı çalışdırmağa namizədlər siyahısında “Milan”ın keçmiş baş məşqçisi Stefano Pioli, Françesko Farioli (“Ayaks”) və Patrik Vieyra (“Cenoa”) da yer alıb.

Fabreqas 2024-cü ilin yayından "Komo"ya rəhbərlik edir. Onun rəhbərliyi altında A Seriyasının debütantı 34 turdan sonra 42 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. “Roma” (60 xal) altıncı yerdədir.

Избранный
1
operativmedia.az

1Источники