RU

MDM-də yeni bank modulunun tətbiqi nəzərdə tutulur

Bakı. Trend:

Milli Depozit Mərkəzində (MDM) yeni bank modulunun tətbiqinəzərdə tutulur.

Trend xəbərverir ki, bu sözləri Milli Depozit Mərkəzinin Strategiya şöbəsininrəhbəri Əli Əliyev bu gün fəaliyyət göstərdiyi qurumun Unicapitalinvestisiya şirkəti ilə birgə təşkil etdiyi "Depozitarınekosistemdə rolu" mövzusunda keçirilən təlimdə deyib.

O bildirib ki, hazırda hesablaşma agenti olaraq banklar kapitalbazarında hesablaşma funksiyasını yerinə yetirir: "Milli DepozitMərkəzinin (MDM) yeni strategiyasına əsasən MDM-də yeni bankmodulunun tətbiqi nəzərdə tutulur. Hesabıaşma agenti funksiyasınınMDM tərəfindən icra olunması planlaşdırılır. Maliyyə xidmətlərihesablaşma agentliyi funksiyası ilə paralellik təşkil edərək oradabank modulunun tətbiqinə hədəflənib".

"Biz ticarət limitlərinin tənzimlənməsi ilə pulhesablaşmalarının aparılması ilə bazar iştirakçıları arasındaçevikliyin və əməliyyatın sadələşdirilməsinin artırılmasınaçalışırıq", - deyə o qeyd edib.

Избранный
1
az.trend.az

1Источники