RU

“CBC Sport” “Traktor”un çempionluq oyununu göstərəcəkmi?

“Traktor” 55 illik tarixində ilk dəfə İran çempionatı olmağa çox yaxındı. Təbii ki, Təbriz klubunun çempionluğunu Arazın o tayı da həvəslə gözləyir, bu tayı da.

Bəs “Traktor”a çempionluq qazandıracaq son oyunların Azərbaycanda yayınlanması mümkündümü? “Football-plus.az” bu məsələ ilə bağlı “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasovun fikrini öyrənib:
“Rəsmi yayın hüququ olmadan hansısa çempionatın bir, yaxud iki oyununu göstərmək olmaz. Qaydalar var. Ona görə də hazırda “CBC Sport”da belə məsələ gündəmdə deyil. Mövsümdən əvvəl ən azı iki-üç illik yayın hüququ almaq lazımdı”.
MÜZƏFFƏR QULUZADƏ
Избранный
2
football-plus.az

1Источники