Bəs “Traktor”a çempionluq qazandıracaq son oyunların Azərbaycanda yayınlanması mümkündümü? “Football-plus.az” bu məsələ ilə bağlı “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasovun fikrini öyrənib:
“Rəsmi yayın hüququ olmadan hansısa çempionatın bir, yaxud iki oyununu göstərmək olmaz. Qaydalar var. Ona görə də hazırda “CBC Sport”da belə məsələ gündəmdə deyil. Mövsümdən əvvəl ən azı iki-üç illik yayın hüququ almaq lazımdı”.
MÜZƏFFƏR QULUZADƏ