RU

Siyasi Dialoq bu dəfə Laçında: Partiya rəhbərləri Qarabağa səfərlərini davam etdirir

Siyasi partiyaların nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə növbəti səfəri təşkil olunub.

Ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələri, tanınmış politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər növbəti birgə səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə aprelin 29-da Laçına yola düşüblər.

Səfər iştirakçıları Laçında görülən bərpa-quruculuq işləri ilə əyani surətdə tanış olacaqlar.

Siyasilər arasında sağlam əməkdaşlıq mühitinin formalaşması, habelə konstruktiv münasibətlərin bərqərar olunmasına xidmət edən bu cür layihələr bilavasitə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət siyasətində demokratik prinsip və dəyərlərə üstünlük verməsinin təzahürüdür.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə siyasi münasibətlər müstəvisində təşviq olunan sağlam siyasi dialoq mühiti çərçivəsində təşkil olunan bu səfər sayca altıncıdır.

Избранный
2
aznews.az

1Источники