RU

Regionunda sülhün, sabitliyin və iqtisadi rifahın təmin olunmasına töhfəsini verəcək səfər

Azərbaycan və İran tarixi qonşulardır. Onların münasibətləri regionda situasiyanın necə olacaqına çox ciddi təsir göstərir. Dövlətimiz qonşu ölkə ilə münasibətlərini hər zaman mehriban qonşuluq münasibətində qurulmasına çalışıb. İran tərəfi bunu hər zaman öz siyasətində hiss edib: Azərbaycan heç bir zaman İrana qarşı olunan kampaniyalarda iştirak etməyib və Qərb dünyasının İranla münasibətlərinin danışıqlar yolu, beynəlxalq hüquq normaları ilə həll edilməsinin tərəfdarı olub. İranın yeni seçilmiş prezidentinin Azərbaycana səfərinin, iki ölkə arasında münasibətlərdə yeni səhifə açacaqdır. Bu təkcə oturuşmuş münasibətlərin təsdiqi deyil, eyni zamanda gələcəyə açılan prespektivində müəyyənləşdirilməsidir. Bir çox sahələr üzrə əməkdaşlıq mümkündür. Bu əməkdaşlığa hazırlıq uzun müddətdir ki, gedir. Bu gün İran prezidentinin Azərbaycana səfəri iki ölkə arasında əlaqələri möhkəmləndirəcək, regionda sülhün, əmin-amanlığın təmin edilməsinə iki ölkənin töhfəsinin verilməsinə səbəb olacaq. Hesab edirəm ki, yaranan istənilən problemin ilk növbədə mehriban qonşuluq ilə həll edilməsinə şərait yaradacaq. Azərbaycan cəmiyyəti İran prezidentinin ölkəmizə səfərindən xoş gəldin deyir və onun səfərinin, Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlarının müsbət nəticə verəcəyinə inanırıq.
Aprelin 28-də Bakıda Azərbaycan və İran prezidentləri arasında məhdud və geniş tərkibli görüş keçirilib. Prezidentlər Birgə Bəyanat imzalayıblar. Bundan sonra onların iştirakı ilə iki ölkə arasında bir sıra sahələrə dair sənədlərin imzalanması mərasimi olub.
Görüşdən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev Azərbaycan və İran arasında qarşılıqlı mədəniyyət günləri keçiriləcəyini söyləyərək, iki xalq arasında qonşuluq və mədəni əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkian ilə mətbuata bəyanatında deyib: “Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar. Bu gün bu möhkəm təməl üzərində dövlətlərarası münasibətlərimiz inkişaf edir”.
Dövlətimizin başçısı qeyd edib ki, İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür.
Azərbaycanla İran arasında mədəni əlaqələr sahəsində heç vaxt problem olmayıb. Çünki o taydan gələn qonaqlar bu tayda həmişə soydaş və dindaş kimi çox isti qarşılanıb. Bu isə Azərbaycan və İran arasında qarşılıqlı mədəniyyət günləri keçirilməsi məqsədini məntiqi olduğunu bir daha təsdiqləyir.
Pezeşkian İranla Azərbaycan arasında əməkdaşlıq sahələrinin genişliyini söyləyib. İran Azərbaycanla bütün sahələrdə strateji əlaqələrin olması üçün səy göstərəcək. Pezeşkian vurğulayıb ki, Azərbaycanı yad ölkə saymır, burada özünü qərib hesab etmir.
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasına rəsmi səfəri Azərbaycan-İran münasibətlərinin tarixində yeni səhifə açan, strateji tərəfdaşlığın konturlarını daha da dəqiqləşdirən və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi üçün möhkəm zəmin yaradan mühüm siyasi hadisə oldu. Səmimi, qarşılıqlı anlaşma və işgüzar ruhda keçən danışıqlar, imzalanan konkret və əhatəli sənədlər, səslənən açıq və aydın siyasi mesajlar sübut edir ki, Bakı və Tehran ortaq tarixə, zəngin mədəniyyətə və üst-üstə düşən strateji maraqlara əsaslanan münasibətlərini yeni dövrün tələblərinə uyğun olaraq daha da inkişaf etdirmək əzmindədirlər. Azərbaycan-İran əlaqələri qarşıdakı illərdə daha dinamik və məhsuldar mərhələyə qədəm qoyacaq və bütövlükdə Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və iqtisadi rifahın təmin olunmasına töhfəsini verəcək.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası

Избранный
1
1
veteninfo.az

2Источники