İki həftəlik fasilədən sonra bu gün UEFA Çempionlar Liqasında mübarizə davam etdiriləcək.

Offsideplus.az xəbər verir ki, qitənin ən nüfuzlu klub yarışında yarımfinal mərhələsinə start verilir. 

Günün yeganə qarşılaşması İngiltərənin paytaxtı Londonda "Arsenal" və PSJ arasında keçiriləcək.

Görüşün start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq.

Sabah yarıfinalın digər matçı - "Barselona" - İnter" oyununun keçirilməsi nəzərdə tutulub.