RU

Problemli kreditlərdə 32 milyonluq artım - Vəziyyət ciddidir?

2025-ci il aprel 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 481.6 milyon manat təşkil edib.
 
Bu göstərici cari ilin əvvəli ilə müqayisədə 7.2% və ya 32.5 milyon manat çoxdur.
 
Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 2.3% və ya 10.9 milyon manat artıb.
 
Bəs görəsən bu nədən qaynaqlanır? 
 
Mövzu ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov Moderator.az-a danışıb. 
 
“Ölkədə problemli kreditlərin həcmi kritik həddə deyil. Yəni, 481.6 milyon manat bu sahədə ciddi rəqəm hesab edilmir. Doğrudur, ilin əvvəlindən bəri 7.2%, son bir ildəsə 2.3% artım var. Lakin, bütövlükdə bank olmayan kredit təşkilatları və kredit ittifaqları da daxil olmaqla cəmi kredit portfeli üzrə vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.3 faiz bəndi azalaraq 1.6% təşkil edir. Bu, onu göstərir ki, kreditləşdirmə üzrə geri ödənişdə hələki ciddi problemlər mövcud deyil. Lakin sözsüz ki, proses ardıcıl xarakter daşımamalıdır. Bu isə istehlak kreditləşdirilməsinə nəzarət tələb edir. Belə ki, bizdə problemli kredt resursunu formalaşdıran əsasən istehlak kreditləridir. Xatırladım ki, 2015-ci ildə iki dəfə devalvasiya nəticəsində də şişən problem kreditlərin kökündə əvvəllər kor-koranə istehlak kreditləşdirilməsi əməliyyatları dayanırdı. Yeri gəlmişkən, problemli kreditlərin kritik həddi 3%-dir”.
Избранный
2
46
moderator.az

10Источники