RU

"Barselona" "Trabzonspor"a möcüzə etməyə imkan vermədi - VİDEO

Türkiyənin "Trabzonspor" klubu UEFA Gənclər Liqasının finalında məğlub olub. 

Qaradənizlilər həlledici görüşdə "Barselona"nın U-19 komandası qarşısında duruş gətirə bilməyiblər.

İsveçrənin Nyon şəhərində keçirilən oyunda Kataloniya təmsilçisi 4:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Trabzonspor" finala qədər adlı-sanlı kollektivləri üstələyərək "boyundan yuxarı tullanmışdı". Türklərin qurbanları arasında "Yuventus", "Atalanta", "İnter" komandaları var idi.

    

Offsideplus.az

Избранный
2
2
hurriyyet.az

3Источники