Bakı, 28 aprel, AZƏRTAC
Türkiyənin "Trabzonspor" klubunun U-19 komandası UEFA Gənclər Liqasında final oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, həlledici görüşdə İspaniyanın "Barselona" kollektivi ilə qarşılaşan Qara dəniz təmsilçisi məğlub olub - 1:4. Bununla da Kataloniya klubu UEFA Gənclər Liqasının qalibi olub.