RU

FİFA türk klubunun xallarını sildi -

FİFA İntizam Komitəsi Türkiyə 2-ci Liqa komandalarından olan "Altay"ın 6 xalını silib. Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası açıqlama verib. Məlumata görə, bundan əvvəl də klubun 3 xalı silinmişdi. Mövsümün əvvəlində 3 xalı silinən "Altay" ümumilikdə 9 xal itirib. Bu qərar “Altay”ın cədvəldə daha da geriləməsinə səbəb olub.

Qeyd edək ki, “Altay” klubu əvvəllər maliyyə problemləri və inzibati böhranlar səbəbindən FİFA ilə çoxlu məhkəmə çəkişmələri ilə üzləşmişdi. Xalları silinəndən sonra “Altay” klubu birbaşa 3-cü liqaya düşüb.

Избранный
6
metbuat.az

1Источники