Gənclər arasında Çempionlar Liqasının 19 yaşadək futbolçulardan ibarət “Trabzonspor” və “Barselona”nın U-19 komandaları arasında keçirilən final oyunu başa çatıb.
90deqiqe.Az xəbər verir ki, oyun İsveçrənin Nyon şəhərindəki Kolovray stadionunda baş tutub. Matçın baş hakimi Andrea Kolombo olub. Qarşılaşma 4:1 hesabı ilə İspaniya təmsilçisinin xeyrinə başa çatıb.
Hesabı ilk hissədə 11-ci dəqiqədə "Barselona"nın hücumçusu İbrahim Diarra açıb. 18-ci dəqiqədə "Blauqrana"nın müdafiəçisi Andres Kuenka fərqlənib.
İkinci hissədə "Barselona" 57-ci dəqiqədə qol vurmağı bacarıb, 68-ci dəqiqədə isə İbrahim Diarra "Trabzonspor"un gənclər komandasının qapısına dubla imza atıb.
“Trabzonspor” yeganə qolu 88-ci dəqiqədə vura bilib.