Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə bağlı qərar verilib. Bu barədə “DİA-AZ”ı bilgiləndirən mötəbər mənbə iddia edir ki, burada söhbət qurumun rəhbəri İlhamə Abdullayevanın aqibətindən gedir.
Mənbə bildirir: “Qurumda baş verən korrupsiya, mənimsəmələr, qanunsuz pul yığımı, saxta tenderlər və digər bu kimi faktlar ciddi şəkildə araşdırılıb. Eyni zamanda edilən şikayətlər də nəzərə alınıb və yaxın günlərdə radikal addımlar atılacaq”.
Mənbəyə görə İlhamə Abdullayeva həbs oluna bilər: “Onun kimin himayəsi altında olduğu məlumdur. Amma elə mərhələ gəlib ki, himayədarın da köməyi yetərli olmaya bilər”.
//Dia.az