RU

Türkiyə təkzib etdi: “Pakistana yardım…”

Türkiyənin Kommunikasiya Müdirliyi, Ankaranın Pakistana 6 təyyarə dolu silah göndərdiyi barədə yayılan xəbərləri təkzib edib. Bildirilib ki, yük təyyarəsi marşruta davam etməzdən əvvəl yanacaq doldurmaq üçün Pakistanda dayanıb.

KONKRET.az xəbər verir ki, Türkiyənin Kommunikasiya Müdirliyinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi bəzi media orqanlarında yayılan iddianın həqiqətə uyğun olmadığını bildirib.

“Türkiyədən qalxan yük təyyarəsi yalnız yanacaq doldurmaq üçün Pakistanda dayanıb. Bundan sonra təyin etdiyi marşrutla yoluna davam edib”.

Aynurə İsmayıl
KONKRET.az

Избранный
9
konkret.az

1Источники