Aktual.az xəbər verir ki, bu barədə "Bild” nəşri məlumat yayıb.
"Kiyev imtina cavabı verir və artıq dörd aydır ki, ABŞ-dan yeni təchizat almır, yalnız əvvəllər vəd edilmiş silahlara arxalanır. Müdafiəsiz qalmamaq üçün Ukrayna özünün müdafiə sənayesini kəskin şəkildə sürətləndirib. Kamikadze hücumu üçün dronların istehsalı 2023-cü ildəki 600 min ədəddən ötən il 1,5 milyon ədədə qədər artıb, 2025-ci ilin sonuna isə bu rəqəm üç milyona çatmalıdır. Bu artıq döyüş meydanında hiss olunur: iki il əvvəl PUA Rusiya itkilərinin təxminən üçdə birində rol oynayırdısa, indi dörddə üçündə rol oynayır. Ağır artilleriya da geri qalmır. Hələ 2022-ci ildə Ukrayna ümumiyyətlə öz haubitsalarını yaratmırdı, lakin indi hər ay iyirmi ədəd "Boqdan” özüyeriyən haubitsa konveyerdən çıxır və onlar üçün 155 mm-lik mərmilərin bir hissəsi də Ukraynada yığılır. İndi Ukraynanın sursatla bağlı problemi yoxdur. Ukrayna ordusunun əsas problemi insan faktoru olaraq qalır. Yüz minlərlə şəxs artıq silah altındadır və 18-24 yaşlı yeni könüllüləri cəlb etmək üçün Ukrayna Müdafiə Nazirliyi maaşları iki dəfə artıraraq ildə 42 min avroya çatdırıb. Bu, səfərbərlik çərçivəsində əvvəllər orduya çağırılanların qazancından təxminən iki dəfə çoxdur”, - nəşr qeyd edib.