RU

"Arsenal" Saka ilə razılığa gəlib

"Arsenal" lider futbolçularından biri ilə müqaviləsini uzatmağa hazırlaşır.

90deqiqe.az xəbər verir ki, yarımmüdafiəçi Bukayo Saka yaxın günlərdə “topçular”la yeni razılaşma imzalayacaq.

Bidirilir ki, tərəflər artıq müqavilənin əsas şərtləri üzərində razılığa gəliblər. Hazırda yalnız sənədləşmə işləri və rəsmi açıqlama mərhələsi qalır.

22 yaşlı futbolçu "Arsenal" akademiyasının yetirməsidir və son illərdə komandanın əsas dayaqlarından birinə çevrilib. Klub rəhbərliyi onunla əməkdaşlığı uzunmüddətli perspektivdə davam etdirmək niyyətindədir.

Bukayo Saka "Arsenal"ın əsas heyətində 257 oyuna çıxıb, 69 qol vurub və 70 məhsuldar ötürmə verib. "Arsenal"ın növbəti oyunu aprelin 29-da Çempionlar Liqasının yarımfinalında evdə PSJ-yə qarşı olacaq.

Избранный
5
90deqiqe.az

1Источники