Rusiya Silahlı Qüvvələri humanitar səbəblərə görə mayın 8-i Moskva vaxtı ilə saat 00:00-dan 11 may 00:00-a qədər hərbi əməliyyatları dayandırır.
NOCOMMENT.az xəbər veerir ki, Kremlin mətbuat xidməti prezidentin qərarını bildirib.
“Qələbənin 80-ci ildönümü günlərində Rusiya tərəfi atəşkəs elan edir”, – Kremlin bəyanatında deyilir. Mayın 7-dən 8-ə qədər Moskva vaxtı ilə saat 00:00-dan və mayın 10-dan 11-dək Moskva vaxtı ilə saat 00:00-a qədər elan edildi.
Qeyd edildiyi kimi, prezidentin bu qərarı humanitar mülahizələrlə bağlıdır. Bu müddət ərzində bütün hərbi əməliyyatlar dayandırılacaq.