RU

Çin səfiri: ABŞ iqtisadi zorakılıqla məşğuldur

ABŞ iqtisadi zorakılıqla məşğuldur.

 

Bunu Çinin Azərbaycana təyin olunmuş səfiri Lu Mey brifinqdə deyib.

 

ABŞ-ın tarifləri qlobal iqtisadi güc balansını ciddi şəkildə sarsıdır: “ABŞ-ın tətbiq etdiyi tariflər artıq çətinlik çəkən beynəlxalq ticarət sisteminə əlavə yük gətirir və qlobal iqtisadi artım perspektivlərinə ciddi çağırışlar yaradır”.

 

Səfir hazırda ABŞ-ın artan tariflərinin inkişaf etməkdə olan bir çox ölkə üçün ciddi problem yaratdığını qeyd edib: “Bu tariflər qlobal iqtisadi mənzərəyə açıq-aşkar böyük risk yaradır”.

 

APA

Tarix: 28 Aprel 2025, 16:08   
Избранный
2
2
pravda.az

3Источники