U-17 Qızlar Liqasında çempion məlum olub.
Offsideplus.az xəbər verir ki, “Zaqatala City” klubunu 14:0 hesabı ilə məğlub edən "Sabah" çempionluğunu elan edib. Oyun komandamızın böyük hesablı qələbəsi ilə nəticələnib. Matçda qollara Tərgül Qəniyeva (7), Mehri Məmmədzadə (4), Aysu Əsədova (2) və Qönçə Quluzadə (1) imza atıblar.
Mehdi İbrahimovun baş məşqçisi olduğu komanda çempionatın sonuna 2 tur qalmış çempionluğu təmin edib.
Qeyd edək ki, qızlardan ibarət "Sabah" U-17 komandası ötən il də mövsümü çempion kimi başa vurmuşdu.