RU

Türkiyə silah dolusu 6 təyyarə göndərdi, qırıcılar yola çıxdı - Gərginlik pik həddə - FOTO

Hindistanın Cammu və Kəşmir bölgəsində 26 turistin həlak olduğu silahlı hücumdan sonra Hindistan-Pakistan münasibətləri yenidən gərginləşib. Hindistan, terror hücumuna cavab olaraq İndus çayının Pakistan istiqamətindəki axınını kəsib. Bunun ardınca iki ölkə arasında uzun fasilədən sonra sərhəddə ilk silahlı toqquşmalar baş verib.

Kanal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hindistan Baş naziri Narendra Modi bölgədəki inkişafı vurğulayaraq, Kəşmirdə sabitliyə qarşı çıxanları ittiham edib və "ədalətin yerini tapacağını" bildirib. Pakistan isə suyun axını bərpa edilməsə, Hindistanın bəndlərini vurmaqla hədələyib. Pakistanın Xarici İşlər naziri Çinlə əməkdaşlıq axtarışına girib.

Bu gərginlik fonunda Türkiyənin də Pakistana dəstəyi diqqət çəkib. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 6 hərbi-nəqliyyat təyyarəsi Pakistana hərəkət edib və artıq İslamabad hərbi bazasında eniş edib. Məlumatlarda qeyd olunur ki, təyyarələrlə Pakistana silah, raket və PUA-lar (pilotsuz uçuş aparatları) çatdırılıb. Pakistan rəsmiləri Türkiyənin bu dəstəyini yüksək qiymətləndirərək, "səssiz, lakin real dəstək" adlandırıblar.

Sərhəd bölgəsində toqquşmalar davam edir. Hindistan ordusu Pakistan tərəfindən açılan atəşə cavab verdiyini, lakin itki olmadığını açıqlayıb. Pakistan tərəfi isə hələlik rəsmi mövqe bildirməyib.

Hindistan, hücumun arxasında Pakistanın olduğunu iddia edərək İndus Suları Anlaşmasını dayandırıb, diplomatik əlaqələri məhdudlaşdırıb və Pakistan vətəndaşlarına vizaları ləğv edib. Pakistan isə Hindistanın İslamabaddakı diplomatik heyətinə məhdudiyyət qoyub, ticarəti dayandırıb və hava məkanını bağlayıb.

Cammu və Kəşmir bölgəsi 1947-ci ildən bu yana Hindistan və Pakistan arasında mübahisəli qalır. Hər iki ölkənin nüvə silahına sahib olması bölgədəki gərginliyin daha ciddi münaqişəyə çevrilə biləcəyi qorxusunu artırır.

Избранный
4
kanal.az

1Источники