“Zirə” Ruan Renatoyla yeni müqavilə bağlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yeni müqaviləyə əsasən, braziliyalı müdafiəçi daha iki il - 2027-ci ilin yayına qədər "qartallar"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Ruan Renato 2023-cü ildən “Zirə”nin formasını geyinir.