RU

"Fənərbaxça" və "Qalatasaray" super ulduzu istəyir

"Fənərbaxça" “Bavariya”nın futbolçusu Leroy Saneni transfer etmək istəyir. Metbuat.az xəbər verir ki, cinah müdafiəçisinin “Bavariya” ilə müqaviləsi mövsümün sonunda başa çatır. Məlumata görə, Avropanın bir çox klubu da Leroy Saneni transfer etmək istəyir. Bildirilir ki, "Fənərbaxça" “Lill"də çıxış edən Davidi də transfer etmək istəyir. Futbolçunun “Lill"lə müqaviləsi başa çatmaq üzrədir. Məlumata görə, “Fənərbaxça” bir sıra futbolçularla yollarını ayıraraq, yeni futbolçular cəlb etmək istəyir.

Klub əsasən hücum mövqeyinə yeni futbolçular transfer etmək istəyir. Qeyd edək ki, Leroy Sanenin adı “Qalatasaray” ilə də hallanır.

Избранный
3
metbuat.az

1Источники