Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Möylə Mirzəliyev vəfat edib.
Publika.az xəbər verir ki, bu haqda Teleqraf-a mərhumun qızı Leyla Mirzəliyeva məlumat verib.
"Mən xəstəxanaya atamın yanına gəlmişdim. Atam mən gələndən sonra dünyasını dəyişdi", - L.Mirzəliyeva deyib.
Qeyd edək ki, Möylə Mirzəliyev bir müddət əvvəl Yeni Klinikanın Reanimasiya şöbəsinə yerləşdirilmişdi.