Qazax rayonunun Qızılhacılı kəndi ərazisində mina partlayıb, xəsarət alan var.
Bu barədə Viral.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Qeyd edilib ki, agentliyin əməkdaşı 1985-ci il təvəllüdlü Paşayev Elnur Oruc oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Son Yazılar:
- ANAMA-nın əməkdaşı minaya DÜŞDÜ
- İlham Əliyev Məsud Pezeşkianı qarşıladı
- Heydər məscidinə memarlıq abidəsi statusu VERİLDİ
Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrində yüngül xəsarətlər alıb.
Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.