RU

"ABŞ Yaponiyanın şimalında bombardmançı təyyarələr yerləşdirib" - "Newsweek"

 
"Bu, Rusiya təcavüzünün qarşısının alınması məqsədini daşıyır..."
 
ABŞ və Yaponiya Rusiyanın Sakit okeana hərbi çıxışını məhdudlaşdırmaq qərarına gəlib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Newsweek" nəşri məlumat yayıb.
 
Müəllif qeyd edir ki, Rusiya təyyarələri tez-tez Yaponiyaya yaxınlaşır, buna cavab olaraq ABŞ şimal Yaponiyanın şimalının  Rusiya təcavüzünün "qarşısını almaq" məqsədilə səsdən sürətli bombardmançılar yerləşdirib.
 
ABŞ dörd ədəd B-1B bombardmançısından ibarət eskadrilyanı Yaponiya şimalında, Rusiyanın Uzaq Şərqinə yaxın bir bölgədə yerləşdirib. ABŞ-ın 8-ci Hərbi Hava Ordusu bildirib ki, bu əməliyyat taktiki qrup missiyası ABŞ bombardmançı donanmasının hazırlığını artırmaq və müttəfiqlərlə əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.
 
"Newsweek" Rusiya Müdafiə Nazirliyindən mövzu ilə bağlı şərh almağa çalışsa da, cavab ala bilməyib.
 
Bu, niyə vacibdir?
 
Yaponiya ABŞ-ın Şimali-Şərqi Asiyada əsas müttəfiqidir və Sakit okeanda hərbi məhdudlaşdırma strategiyasının bir hissəsi olan Birinci adalar zəncirində yerləşir. ABŞ-ın hava, quru və dəniz qüvvələrinin bir sıra bölmələri Yaponiyada daimi olaraq yerləşdirilib.
 
ABŞ bombardmançı qüvvələri "B-1B Lancer", "B-2 Spirit" və "B-52H Stratofortress" təyyarələrindən ibarətdir və 2018-ci ildən rotasiya əsasında Sakit okean bölgəsində fəaliyyət göstərir.
 
Rusiya hərbi təyyarələri Yaponiyaya yaxın uçuşlar həyata keçirir. 2024-cü ilin aprelindən 2025-ci ilin martınadək Yaponiya qırıcıları Rusiyaya məxsus təyyarələrin yaxınlaşmasına görə 237 dəfə havaya qalxıb.
 
Nə baş verir?
 
18 aprel tarixli videoda ABŞ-ın Sakit Okean Hərbi Hava Qüvvələri dörd B-1B təyyarəsinin Misava aviabazasında hərəkətini nümayiş etdirib. İlk iki təyyarə aprelin 15-dənTexasdakı "Days" bazasından Yaponiyanın Honsyu adasının şimalına gəlib. Bu, Yaponiyada onların ilk rotasiya əsaslı missiyasıdır.
 
Üç gün sonra ikinci cüt B-1B təyyarəsi Rusiyanın Uzaq Şərqindəki Kamçatka yaxınlığında görünüb və sonradan Misava aviabazasına çatıb. ABŞ Hərbi Hava Qüvvələri onların Yaponiyada yerləşdirildiyini təsdiqləyib. ABŞ-ın 8-ci Hərbi Hava Ordusu bildirib ki, fərqli bazalardan fəaliyyət imkanları bombardmançı qüvvələrə elastiklik və komandanlığa isə gözlənilməzlik verir.
 
Aprelin 24-də  B-1B təyyarələrindən biri Okinava yaxınlığında ABŞ və Yaponiya təyyarələri ilə birgə genişmiqyaslı təlimlərdə iştirak edib. Bu təlimlər bölgədə çəkindirmə və cavabvermə imkanlarının möhkəmləndirilməsinə yönəlib. B-1B bombardmançısı 34 tonadək silah daşıya bilir, saatda 1,2 Max sürətinə çata və qitələrarası məsafə qət edə bilir.
 
Rəsmi şərhlər
 
ABŞ 8-ci Hərbi Hava Ordusu qeyd edib: "Biz ənənəvi və qeyri-ənənəvi bazalardan müxtəlif imkanlarla əməliyyatlar həyata keçirə bilirik. Bu, taktika və metodların təkmilləşdirilməsinə şərait yaradır".
 
Sakit Okean Hərbi Hava Qüvvələri əlavə edib: "Bombardmançı qruplarının yerləşdirilməsi pilotları müxtəlif bölgə komandanlıqlarının bazaları və əməliyyat xüsusiyyətləri ilə tanış edir. Bu missiya ABŞ-ın Hind-Sakit Okean regionuna və müttəfiqlərə sadiqliyini nümayiş etdirir".
 
Növbəti addımlar
 
B-1B təyyarələrinin Yaponiyada hansı bölgələrdə təlim keçəcəyi hələlik açıqlanmayıb. Paralel olaraq Yaxın Şərqdə artan gərginlik fonunda altı B-2 bombardmançısının Hind okeanındakı Dieqo-Qarsiya adasına yerləşdirildiyi bildirilir.
Избранный
5
moderator.az

1Источники