RU

Fransa insan haqları və söz azadlığı qanunlarını pozur – İran XİN

Bakı. Trend:

Fransa insan haqları və söz azadlığını aşkar şəkildə pozur.

Trend-inməlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibiİsmayıl Bəqai bu gün (28 aprel) Tehranda keçirilən mətbuatkonfransında deyib.

Onun sözlərinə görə, İranın 2 vətəndaşı Fransada özbaşınaşəkildə saxlanılıb və İran konsulluğunun nümayəndəsi ilə görüşdənməhrum edilib.

Bəqai bildirib ki, İran hər iki vətəndaşın saxlanılmasıməsələsini diqqətdə saxlayıb və son məsləhətləşmədə konsulluqnümayəndəsinin görüşünə razılıq verilib:

"Fransa hökuməti bu məsələdə şəffaflıq nümayiş etdirməlidir.İran vətəndaşları heç bir cinayət törətməyiblər".

Избранный
8
az.trend.az

1Источники