Bakı. Trend:
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə mart ayının sonundadövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 221 minədəd artaraq 20 milyon 460 min ədəd təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankında (AMB) istinadənxəbər verir.
Məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bugöstərici 17.4% artıb.
Ödəniş kartlarında artım debet kartları üzrə 20.1%, kreditkartları üzrə 0.01% təşkil edib.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbəttəsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsızəməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.2dəfə artıb.
2025-ci ilin mart ayı ərzində kartlar vasitəsilə həyatakeçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,6 milyon manattəşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 57 milyon manatıelektron ticarətin payına düşür. Qalan məbləğin 890 milyon manatıPOS-terminallar, 2.5 milyon manatı isə özünə xidmət terminallarıvasitəsilə gerçəkləşdirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxiliəməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67%-ni təşkiledib.
Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamikartım müşahidə olunur. Belə ki, keçən ilin mart ayının sonu iləmüqayisədə bankomatların sayı 7%, POS-terminalların sayı 38%artıb.