Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Viktor Dyekereş "Qızıl buts" uğrunda yarışda İngiltərə təmsilçisi "Liverpul"da çıxış edən Məhəmməd Salahı geridə qoyub.
"Report" xəbər verir ki, 26 yaşlı hücumçu buna Portuqaliya çempionatının XXXI turunda, "Boavişta" ilə matçda (5:0) poker etməklə nail olub.
İsveçli forvard cari mövsüm çempionatda 38 qol vurub və "Qızıl top" üçün (1,5 əmsal) 57 xal toplayıb. Premyer Liqada 28 qola imza atan (2 əmsal) Salah 56 xalla ikincidir.
İlk "üçlüy"ü 50 xalla İspaniyanın "Barselona" komandasından Robert Levandovski qapayır.