Arne Slot “Liverpool”un Premyer Liqa çempionu olmasından sonra sələfi Yurgen Kloppa təşəkkür edib.

Offsideplus.az xəbər verir ki, “Liverpool” “Tottenham”ı 5:1 hesabı ilə məğlub edərək tarixində 20-ci dəfə İngiltərə çempionu olub. Slot Premyer Liqa tarixində çempionluq qazanan ilk holland məşqçi olub.

Mütəxəsis açıqlamasında belə deyib:

“Sadəcə Yurgen Kloppa təşəkkür etmək istəyirəm”.

O, Kloppun mövsüm boyu ona dəstək verdiyini, “Liverpool”da yaradılan mədəniyyət və iş etikası sayəsində bu uğura nail olduqlarını bildirib. Bundan sonra çalışdırıcı Klopp üçün “Liverpool” azarkeşlərinin sevdiyi mahnının sözlərini dəyişərək “Arne Slot” yerinə “Yurgen Klopp” deyərək oxuyub.

Həmin videonu təqdim edirik: