RU

ÇL: “Barsa”nın finaldakı rəqibi “Arsenal” oldu

Qadınlar arasında Çempionlar Liqasının yarımfinalında Fransa “Lion”u ilə İngiltərənin “Arsenal” klubları arasında cavab oyunu keçirilib.

Ulusal.az xəbər verir ki, komandalar Fransanın Lion şəhərindəki “Groupama” stadionunda qarşılaşıblar. “Arsenal” 4-1 hesabı ilə qalib gələrək (iki oyunun nəticəsinə görə 5:3) turnirin finalına yüksəlib.

Finalda “Arsenal” İspaniyanın “Barselona” klubu ilə qarşılaşacaq. Turnirin həlledici oyunu mayın 24-də Lissabonda (Portuqaliya) baş tutacaq.

Избранный
7
1
moderator.az

10Источники