RU

Serotonin artırmanın təbii yolları

Serotonin bədənin bir çox fizioloji və psixoloji funksiyalarını tənzimləyən vacib  neyrotransmitterdir. Əsasən beyində, mədə-bağırsaq sistemində və qan damarlarında tapılır. Serotonin ruh halından bağırsaq hərəkətlərinə qədər bir çox aspektdə rol oynayır və bədənin ümumi sağlamlığına müsbət təsir edir.

 

Pravda.az serotoninin funksiyalarını təqdime edir:

 

Ruh halı: Serotonin əhval-ruhiyyəni yaxşılaşdırır və müsbət hissləri təşviq edir. Yüksək serotonin səviyyələri insanı daha pozitiv və məmnun hiss etdirir.

 

Yuxu və iştah tənzimlənməsi: Serotonin yuxu dövrlərini və iştahı tənzimləyir. Həmçinin, beynin yuxu və oyanma dövrlərindəki balansını təmin edir.

 

Öyrənmə və yaddaş: Serotonin öyrənmə və yaddaş proseslərində mühüm rol oynayır.

 

Sosial davranışlar: Sosial əlaqələr və davranışlar serotonin ilə əlaqəlidir. Bu maddə sosial münasibətlərin qurulmasına və pozitiv sosial davranışlara kömək edir.

 

Serotonin səviyyələri və istehsalı: Serotoninin istehsalı üçün əsas amin turşusu olan triptofanın qidalarda mövcud olması lazımdır. Lakin triptofanın biyo-yararlılığı serotonin istehsalına dəstək vermək baxımından aşağıdır. Triptofanla zəngin qidaların karbonhidratla birlikdə istehlakı serotonin istehsalını artırır. Bunu nəzərə alaraq, 25-30 qram karbonhidrat tərkibli qidalarla triptofan istehlakını artırmaq tövsiyə olunur.

 

Serotonin istehsalını artıran faktorlar:

 

Fiziki aktivlik: İdman, xüsusilə üzgüçülük, velosiped sürmə və tempolu gəzinti kimi fəaliyyətlər serotonin səviyyəsini yüksəldir.

 

Masaj: Həftədə iki dəfə 20 dəqiqəlik masaj serotonin istehsalını artırır.

 

Günəş işığı: Yaz və yay aylarında daha çox serotonin istehsal olunur. Mövsümi dəyişikliklər serotonin sintezini təsir edir, yazda daha çox, qışda isə daha az olur.

 

Serotonin səviyyələrinin aşağı olmasının təsirləri: Düşük serotonin səviyyələri müxtəlif psixoloji və fiziki problemlərə səbəb ola bilər:

 

Narahatlıq və depressiya: Serotonin çatışmazlığı, narahatlıq və depressiya kimi əhval-ruhiyyə problemləri ilə əlaqələndirilir.

 

Sinirlilik və aqressiya: Aşağı serotonin səviyyələri sinirlilik və aqressiya hissini artırır.

 

Yuxu problemləri və yorğunluq: Yuxusuzluq və davamlı yorğunluq serotonin səviyyələrinin azalması ilə əlaqələndirilir.

 

İştah azlığı və həzm problemləri: Serotonin çatışmazlığı, iştahın azalmasına və həzm problemlərinə səbəb ola bilər.

 

Karbohidratlara meyl: Serotonin çatışmazlığı, yüksək karbohidratlı qidalara qarşı meyli artırır.

 

Serotonin istehsalını artıran qidalar:

 

Yumurta

 

Pendir

 

Ananas

 

Somon

 

Fındıq və Yağlı Toxumlar

 

Əminə Bayramova

Tarix: 28 Aprel 2025, 08:50   
Избранный
3
pravda.az

1Источники