Azərbaycan Beynəlxalq Bankından neftçilərə özəl kredit kampaniyası!
Azərbaycan
Beynəlxalq Bankı 20 sentyabr Neftçilər günü münasibətilə yeni kredit
kampaniyasına start verib. Bankın əmək haqqı kartına sahib hər bir neft sənayesi
işçisi bu kampaniya çərçivəsində sentyabrın 18-dən 25-ə qədər nağd pul
kreditini güzəştli şərtlərlə ala biləcək.
Kampaniyanın özəllikləri:
•
Kreditin məbləği - 20.000 manatadək
•
Kreditin müddəti - 48 ayadək
•
İllik faiz dərəcəsi - 18%-dən başlayaraq
•
Kredit 15000 manata qədər olduqda – ZAMİNSİZ
•
Komissiyasız
Müxtəlif
ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan
Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət
vəsiqəsi və əməkhaqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əməkhaqqı
kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də bankdan nağd pul
kreditini sifariş vermək olar. Bundan başqa, bankın İBAm mobil əlavəsi, yaxud
Azərbaycan Beynəlxalq Bankının "28 Mall” və "Gənclik Mall” alış-veriş mərkəzlərindəki
stendlərində də kredit sifarişi vermək mümkündür. Müştəri kampaniya barədə ətraflı
məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.
Müasir
dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları
bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli
Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə
etmək olar.